• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1093
— 16.03.2019 18:00

Şəmkirdə “Bu yaz özün bir təbiət yarat!” adlı aksiya təşkil edilib

KepezTV Player

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bu yaz özün bir təbiət yarat!” ekoloji aksiyasına Şəmkir rayon ictimaiyyəti də qoşulub. Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin təşkilatçılığı ilə Sarıtəpə bələdiyyəsinə məxsus 4 hektar sahədə 2500 ədəd müxtəlif meyvə və meşəcinsli ağac əkilib. Ərazi alaq otlarından təmizlənib və əvvəl əkilən ağaclara aqrotexniki qulluq göstərilib. Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən yaz mövsümündə ümumilikdə 100 min ədəd ağacın əkini planlaşdırılır. Prosesdə əsasən yerli tinglərdən istifadə olunur. Bu məqsədlə Mərkəzdə 1 milyon 500 min ədəd ting yetişdirilib. Aksiyalar parklarda, meşə massivlərində və yol kənarlarında davam etdiriləcək. Bundan başqa, əkilən ağacların mal-qaradan qorunması üçün mühafizə zolaqları yaradılır, meşə massivlərində keçidlər qoyulur. Əvvəlki illərlə müqayisədə qanunsuz ağac kəsmə halları da minimuma həddə enib. Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzi Gədəbəy, Daşkəsən və Samux rayonlarına da xidmət göstərir.

İqbal Əliyev Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru:Məlumat üçün onu bildirim ki, mərkəzin özünün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2019-cu il ərzində 150 hektar ərazidə yeni meşələrin salınması nəzərdə tutulub. Bundan 50 hektarının yaz mövsümündə əkilməsi nəzərdə tutulub. Artıq o işlərə başlanılıb və 25 hektarda əkin işləri başa çatdırılıb. Bu proses davam edir.