• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1448
— 16.03.2019 12:05

Ən yaxşı uşaq bağçası müəyyənləşib

KepezTV Player

Qazaxda ənənə halını alan ilin ən yaxşı uşaq bağçası müsabiqəsinin seçim mərhələsi reallaşıb. “Yurdumuza Bahar gəlir” adı altında keçirilən müsabiqənin əsas məqsədi bağçaların və kollektivlərinin yaradıcılıq imkanlarının, dünyagörüşlərinin artırılması istiqamətində görülən işləri qiymətləndirmək, sağlam rəqabəti və bunun fonunda uğurlu inkişafı təmin etməkdir. “İlin bağçası"nı seçmək, körpə balaların vətənpərvərlik ruhunda tərbiyəsini artırmaq, onların Vətəninə, xalqına, doğma el-obasına sevgisini göstərməkdir. Müsabiqə 4 nominasiya üzrə şeir, mahnı, rəqs və maraqlı səhnəciklərdən ibarət olub. Balacalar bir-birindən maraqlı şeirlər söyləyib, mahnılar oxuyub, rəqs edib, səhnəciklər nümayiş etdiriblər. Yekun qiymətləndirməyə görə Qazax şəhər 4 saylı uşaq bağçası 1-ci, şəhər 1 saylı körpələr evi–uşaq bağçası 2-ci, 2 saylı uşaq bağçası isə 3-cü olub.  Sonda qaliblər rayon icra hakimiyyəti tərəfindən fəxri fərman və xatirə hədiyyələri ilə mükafatlandırılıb.