• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1435
— 16.03.2019 11:57

Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarında Biznes yerlərdə gediş haqqı 50% endirilib

KepezTV Player

Novruz bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədi ilə Bakıdan martın 20-də, bir reysə əlavə 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilir. “Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, qatar Bakıdan saat 9:45-də yola düşəcək və Gəncəyə saat 14-da çatacaq.“Novruz bayramı münasibəti ilə “Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə bayram töhfəsi olaraq martın 17-dən 31-dək qatarın bizness yerlərinə Bakıdan-Gəncə-Bakı istiqamətində gediş haqqı 50 manatdan 25 manata endirilib. Standart və Birinci klass yerlərinə gediş haqqı dəyişilmədən saxlanılıb”, - deyə məlumatda bildirilir.