• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1959
— 15.03.2019 14:37

Yaşayış binasında yanğın olub

KepezTV Player

Bakının 7-ci mikrorayonunda, Abay Kunanbayev küçəsi 18 A ünvanında yanğın baş verib. Binanın blokunda qaz sayğacından qaz sızıb. Elektrik xətləri qaz sayğacına yaxın yerləşdiyindən sızan qaz alovlanmağa başlayıb. Nəticədə binanın blokundakı elektrik xətləri yanıb. Əraziyə FHN-nin yanğınsöndürmə xidmətinin 4 texnikası və canlı briqadası cəlb edilib. Onlar alovun qarşısını almağa müvəffəq olublar. Binanın sakinləri təxliyə edilib, elektrik və qazın verilişi dayandırılıb. FHN-dən verilən məlumata görə, yanğın nəticəsində elektrik şiti, 5 paqometr elektrik xətti və bir qaz sayğacı yanıb.