• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1109
— 15.03.2019 14:54

Əlil tələbələr üçün təklif var

KepezTV Player

Azərbaycanda əlil tələbələrin təhsil haqqından azad edilməsi təklifi ilə Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib. Deputat bildirib ki, Azərbaycanda əlil tələbələrin sayı çox deyil və onların təhsil haqqından hansısa formada azad olunması bu kateqoriyadan olan şəxslərin tam şəkildə təhsil almasına imkan yarada bilər: "Bu cür tələbələrin sağlamlığının qayğısına qalmağa ehtiyacları var. Bu baxımdan onlar müraciət edərək təhsil haqqından azad edilmələrini xahiş edirlər. Bunun bir hissəsini universitetlər, bir hissəsini Təhsil Nazirliyi, bir hissəsini isə azad iqtisadiyyatla məşğul olanlar öz üzərinə götürsələr, onların tam şəkildə təhsil almasına imkan yaranar" - sitatın sonu.