• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1606
— 15.03.2019 15:39

“Təhsildə İnkişaf və İnnovasiyalar Üzrə Üçüncü Qrant Müsabiqəsi” layihəsinin qeydiyyatına başlanılıb

KepezTV Player

Martın 11-dən “Təhsildə İnkişaf və İnnovasiyalar Üzrə Üçüncü Qrant Müsabiqəsi” layihəsinin qeydiyyatına başlanılıb. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihədə orta məktəblər və fərdi qaydada müəllimlər iştirak edə bilərlər. Gəncədə 17 şəhər və rayonun təhsil işçiləri üçün bu ilki müsabiqədə tətbiq olunan yeniliklər izah edilib.

Gəncə şəhər 43 nömrəli orta məktəbin riyaziyyat müəllimi Rəşad Qədirov ötən il keçirilən “Təhsildə İnkişaf və İnnovasiyalar Üzrə İkinci Qrant Müsabiqəsi” proqramında fərdi qaydada qalib olub. Onun “İstedadlı uşaqların aşkar olunması, riyaziyyat fənni üzrə hazırlıq qrupların təşkili” adlı layihəsinə qoşulan 41 şagirddən 6 nəfəri Respublika fənn olimpiadalarından ən yüksək nəticə əldə edib.

Rəşad Qədirov - müəllim: Nəzərə alsaq ki, ötən il fənn müsabiqəsin də iştirak edən Gəncə şagirdlərindən 2 medal olub ki, bunun da 2 də bürünc medal olub. Bizim layihə iştirak edən şagirdlərdən isə 2 nəfər qızıl, 1 nəfər gümüş, 3 nəfər isə bürünüc medal almışdı. Bu da Gəncə tarixində ilk dəfə bu qədər nailiyyət olub.

Gəncənin 39 nömrəli orta məktəbi də ötən il qaliblər sırasında yer alıb. Məktəb kollektivi 6 ay müddətində Gəncənin orta məktəblərinin şagirdləri arasında 10 mərhələdə təbiət fənnləri üzrə fənn müsabiqəsi keçirib. Bu il də kollektiv yeni bir layihə ilə müsabiqəyə qatılır.

Nizami Rzayev - məktəbin direktoru: Bizdə yenə də “Təhsildə İnkişaf və İnnovasiyalar Üzrə Üçüncü Qrant Müsabiqəsi” layihəsin də iştirak edəcəyik. Bu dəfə 2 layihəmiz var. Bunlardan biri təhsildə dərnəklərin inkişafı ilə əlaqədardı. Digəri isə humanitar fənlərə marağın artırılması ilə bağlıdır.

Gəncədə qərb bölgəsində fəaliyyət göstərən təhsil işçiləri üçün “Təhsildə İnkişaf və İnnovasiyalar Üzrə Üçüncü Qrant Müsabiqəsi” proqramının təqdimatında bu il sənəd qəbulunda olan dəyişiliklər izah edilib. Belə ki, sistem tam olaraq elektron qaydadadır və müəllimlər eləcə də məktəblər qeydiyyatdan keçib, öz şəxsi kabineti vastəsi ilə müsabiqəyə müraciət edə bilərlər. Bu isə həm operativliyə həm şəffaflığa həm də keyfiyyətin yüksəlməsinə təbii ki, öz müsbət təsirini göstərəcək. Bununla yanaşı ötən il 9-10 mövzu üzrə müsabiqə keçirildiyi halda bu il aparılan konkretləşdirmələr nəticəsində 6 istiqamət üzərində dayanılıb.

Orxan Abbasov - Təhsil Nazirliyinin məsləhətçisi: Təbii ki, təhsilin idarə olunması, təhsildə keyfiyyətin idarə olunması, bununla yanaşı məzmun, metodik xidmət, sağlamlıq imkanları məhdud xüsusi imkanların yaradılması və təhsildə infarmasiya, komnikasiya texnalogiyanın təbliğindən bağlıdır.

“Təhsildə İnkişaf və İnnovasiyalar Üzrə Üçüncü Qrant Müsabiqəsi” proqramına sənəd qəbulu aprelin 1-nə kimi davam edəcək. Qalib layihələrin icrasına iyundan başlanılacaq.

 

Elnur Vahidoğlu