• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1298
— 15.03.2019 11:52

Tələbə olmaq istəyənlərin nəzərinə

KepezTV Player

Bu gündən 2019/2020-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlayıb. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu aprelin 15-dək internet vasitəsilə aparılacaq. Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının cari ildə keçirilən qəbul imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər isə ərizəni təsdiq etmək üçün tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə edə bilərlər.