• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2219
— 13.03.2019 19:09

Yaşayış binasında partlayış və yanğın olub

KepezTV Player

Mingəçevirdə yaşayış binasında partlayış və yanğın olub. Hadisə şəhərin Nəriman Nərimanov küçəsindəki 31 saylı binada baş verib. Həmin binanın 2-ci mərtəbəsində iki otaqlı mənzildə kiçik qaz balonunun partlaması nəticəsində yanğın başlayıb. Yanğın həm də üst mərtəbənin eyvanına yüksəlib. Hadisə yerinə FHN-in iki yanğınsöndürmə briqadası və təcili tibbi yardım heyəti cəlb olunub. Sakinlər təhlükəsiz əraziyə təxliyə olunub. Yangin söndürülüb. Hadisə zamanı ev sahibləri mənzildə olmadığından xəsarət alan olmayıb. Məlum olub ki, ev sahibləri qaz balonunu açıq qoyaraq çölə çıxıb və məhz bu zaman partlayış baş verib. Faktla bağlı araşdırma aparılır.