• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2060
— 11.03.2019 19:31

443 sürücü cərimələnib

KepezTV Player

Gəncənin yol polisləri gecə reydlərinə başlayıblar. Bu dəfə də əsas hədəf sərxoş və sənədsiz sürücüləri aşkarlamaq olub. Yoxlamalar zamanı xeyli sayda sükan sahibinin yol hərəkəti qaydalarına məhəl qoymadığı bəlli olub.

Reydlər şənbə və bazar günləri şəhərin müxtəlif ərazilərində keçirilib. Aparılan yoxlamalar zamanı yol hərəkəti qaydalarını kobud şəkildə pozan, eləcə də avtomobilin konstruksiyasına dəyişiklik edən xeyli sayda sürücü aşkarlanıb.

Konstruksiyasına qanunsuz dəyişiklik edilən avtomobillər cərimə meydançasına aparılıb. Yalnız belə hallar aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələrinin istismarına icazə verilib.

Rəhim Zalov - Gəncə Şəhər DYP Şöbəsinin rəisi: Gəncə şəhər Dövlət Yol Polisi şəhərin müxtəlif ərazilərində reydlər keçirir. Sürücülərdən tövsiyyəmiz odur ki yol hərəkəti qaydalarını pozmasınlar. Əks halda onların barəsində qanunvericiliyin tələlərinə uyğun olaraq tədbirlər görüləcək.

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları istirahət günləri keçirilən reyd zamanı yol hərəkəti qaydalarını pozan 443 sürücü aşkar edib, 69 nəqliyyat vasitəsi istismarı dayandırılaraq cərimə meydançasına aparılıb. Qayda pozuntularından 10-u sərxoşluqla bağlı olub.