• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1908
— 08.03.2019 23:46

Şəmkirdə ağır qəza baş verib, ölən və yaralananlar var

Şəmkirdə yük və minik maşınlarının toqquşması, nəticəsi ağır olan hadisəyə səbəb olub. 2 nəfərin öldüyü, ikisinin də yaralandığı qəzanın hansı səbəbdən baş verdiyi araşdırmaların nəticəsində bilinəcək.

Yol-nəqliyyat hadisəsi ötən gün axşam saatlarında Bakı-Qazax magistralının 394-cü kilometrliyində qeydə alınıb. Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində TIR-la “VAZ 2106” toqquşub. Yük maşınının sürücüsü 60 yaşlı Mehmet Şahbazoğlunun xəsarət almadığı qəzada VAZ-da olan kənd sakinlərindən 2 nəfər ölüb, 2-si də yaralanıb. Sürücü 20 yaşlı İsa Kazımov və onun sərnişini 19 yaşlı Elxan Cəlilov hadisə yerindəcə dünyasını dəyişiblər. Minik avtomobilində olan digər sərnişinlər, müxtəlif dərəcəli bədən xəsarətləri alan 23 yaşlı Taleh Ələkbərov Gəncədəki özəl xəstəxanalardan birinə, onun həmyaşıdı Bağır Hüseynov isə Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Sərxan İbrahimov həkim: Şəmkir rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə qapalı kəllə beyn travması, sağ sahilin sol bazının və sol körpücük sümüyünun yerini dəyişmiş sınığı, travmatik şok dördüncü dərəcə diaqnozu ilə şöbəyə yerləşdirilib. Xəstəyə ilkin reanimasiyon tədbirlər göstərilib. Vəziyyəti ağır olaraq qalır.

Vəziyyəti ağır olduğundan Bağır Hüseynov da Gəncədəki özəl xəstəxanalardan birinə göndərilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Natiq Hüseyn