• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1034
— 08.03.2019 15:53

Narkotikə görə iki nəfər saxlanıldı

KepezTV Player

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə tədbirləri çərçivəsində daxil olmuş məlumat əsasında rayon sakini Arzu Həsənovu saxlayıblar. Üzərində şəxsi axtarış zamanı 1,428 qram heroin aşkar edilərək götürülüb. Araşdırmalarla Həsənova narkotik vasitəni satan şəxsin rayon sakini Xaliq Quliyev olduğu müəyyən edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Quliyev də saxlanılaraq məsuliyyətə cəlb edilib. Fakt üzrə Ağcəbədi Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş başlanılıb.

Rüfət Məmmədov - istintaq bölməsinin rəisi: Xaliq Quliyevin yaşadığı ünvana baxış keçirilən zaman müxtəlif qablaşdırmalarda ümumi çəkisi 55.326 qram heroin aşkar edilərək götürülüb.