• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1892
— 07.03.2019 14:11

Döyüşə yararlı əl qumbaraları tapılıb

KepezTV Player

Daşkəsən Rayon Xoşbulaq kənd sakini DİN-nin "102" Xidməti - Zəng mərkəzi Sisteminə zəng edərək Qoşqar çayının Xoşbulaq kəndi ərazisindən keçən hissəsində bir neçə əl qumbarası aşkarladığını bildirib.Faktla bağlı dərhal Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları və Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin çevik əməliyyat qrupu hadisə yerinə baxış keçirib. Operativ əməliyyat-axtarış tədbirləri nəticəsində ANAMA-nın mütəxəssisləri tərəfindən xeyli sayda əl qumbarası və partladıcı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.Əl qumbaralarının tapıldığı yerin ətrafında 100 m2 əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Samir Həsənov Daşkəsən RPŞ-nin təhqiqatçısı: Baxış zamanı ərazidən 21 ədəd F-1 əl qumbarası 2 ədəd RQD-5 əl qumbarası 21 ədəd partlayıcı aşkar edilərək götürülüb. Fatla bağlı araşdırma aparılır.