• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1089
— 06.03.2019 15:20

Samuxda yazlıq arpanın tirəyə üsulu ilə səpininə üstünlük verilir

KepezTV Player

Gəncə Regional Aqrar Elm və İnnovasiya Mərkəzində yazlıq arpanın tirəyə üsulu səpininə başlanılıb. Səpin prosesini mərkəzin müətəxssisləri ilə yanaşı Azərbaycan Dövlət Aqrar Universtetinin tələbələri və yerli fermerlər izləyib. Məqsəd tirəyə səpin üsulunun geniş tətbiqinə nail olmaqdır.

Respublikanın suvarılan bölgələrində iri taxılçılıq təsərrüfatlarında dənli bitkilərdən yüksək kefiyyətli məhsul alınması üçün becərmədə mütərəqqi və səmrəli texnologiyalardan istifadə etmək əsas şərtlərdən hesab olunur. Bu texnologiyaların başlıca elementlərindən biri dənli bitkilərin tirəyə səpin üsuli ilə becərilməsidir. Bu üsulda dənli taxıl bitkilərin şırımlar arası məsafəsi 60-70, 70-80 və 80-90 santımetr arası olur. Cərgəarası məsafə isə 15-20 santımetr olmaqla toxum səpilir və sırımlar vasitəsi ilə suvarılır.

Həsənəli Aslanov - Gəncə Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru: Bu tirəyə səpin üsulunun üstünlükləri nədən ibarətdir. Burada ən azı 30-40 fazi toxuma qənaət olunur suvarma suyuna qənaət olunur. Suçunun əmək məhsuldarlığı artır. Tutaq ki, zolaq səpin üsulunda suçu iki gündə 1 hektar sahəni suvarırdısa bu üsulla bir gündə 1 hektar asanlıqla suvara bilir. Yəni suvarma norması az olur.

Tirəyə səpin üsulunun tətbiqi zamanı təkcə suvarmaya qənaət edilmir. Bu üsaulla səpin norması azaldılmaqla xəstə və zərərəvericilərin inkişafı üçün qeyri-əlverişli şərait yaranır. İllərdir dənli bitkilərin səpini ilə məşğul olan Samuxlu fermelər tirəyə üsulunda toxuma qənaət edildiyini və orta məhsuldarlığın yüksəldiyini deyirlər.

Nofəl Xəlilov - fermer: Ötən il buğda əkmişdik. Orda 4 ton 700 kloqram buğda götürdük. Orta məhsuldarlıq 47 sentner oldu. Bu çox gözəl yaxşı bir üsuldur. Bütün fermerlərə tövsiyyə edirəm ki bu üsuldan istifadə etsin.

Gəncə Regional Aqrar Elm və İnnovasiya Mərkəzində yazlıq arpa səpini üçün 4 hektar torpaq sahəsi ayrılıb. Səpin prosesini yerli fermerlərlə yanaşı Azərbaycan Dövlət Aqrar Universtetinin aqronomluq fakultəsinin istehsalat təcrübəsi keçən tələbləri də izləyiblər.

Aytən Zeynalova - təcrübə rəhbəri: Bu gün Azərbaycan Dövlət Aqrar Universtetinin tələblərə yazlıq arpanın tirəyə üsulu ilə səpnini canlı izlədilər. Çox yaxşı haldır ki tələblərə dərsdə kitablarda oxuduqlarını müəllimlərədn eşitdiklərinin özləri canlı şahidi oldular. Ümid ediərm ki tələbələr burada gördüklərini gələcək əmək fəaliyyətlərində tətbiq edə biləcəklər.

Tirəyə səpin üsulunu tətbiq etmək üçün əvvəlcə torpağı yüksək aqrotexniki qaydada hazırlmaq lazımdır. Bundan başqa fermerlər yüksək repreduksiyalı toxumlara üstünlük verməlidir.