• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2192
— 06.03.2019 12:04

Azərbaycana qanunsuz yolla gətirilən 3 minə yaxın "Afrika şiri" aşkarlanıb

KepezTV Player

16 ədəd üzərində spirtli içki və 2900 ədəd üzərində "Afrika şiri" yazısı olan dərman preparatları aşkar edilib. Fakt "Qırmızı Körpü" gömrük postunda qeydə alınıb. Gürcüstandan Azərbaycana gələn "Mercedes Benz" markalı avtomobil saxlanılıb və ona gömrük baxışı keçirilib. Baxışdan öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirsə də baxış zamanı, nəqliyyat vasitəsinin salonunda gizlədilmiş içki və preparatlar aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.