• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 943
— 05.03.2019 15:55

13 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb

KepezTV Player

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları əməliyyat keçiriblər, külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb. Daxil olan məlumat əsasında təşkil olunan əməliyyat zamanı Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Ramil Quliyev saxlanılıb. Üzərində şəxsi axtarış aparılarkən 1,679 qram heroin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Quliyevin yaşadığı evə də baxış keçirilib. Oradan əlavə olaraq 13 kiloqrama yaxın tiryək və 65 qram heroin aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri şəxsiyyəti məlum olmayan İran vətəndaşından satmaq niyyəti ilə aldığını bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.