• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 824
— 04.03.2019 15:15

Gəncə Dövlət Dram Teatrında yeni əsər səhnələşdirilir

KepezTV Player

Gəncə Dövlət Dram teatrının kollektivi isə yaxın günlərdə öz tamaşaçılarını yeni səhnə əsəri ilə sevindirəcək. Xəzangül Hüseynovanın “Xərabət gözəli” pyesi martın 8-də teatrsevərlərə təqdim olunacaq. Məlumat üçün bildirək ki, tamaşa, şairə, filosof Məhsəti Gəncəvinin həyat və yaradıcılığından, eyni zamanda öz məhəbbəti uğrunda apardığı mübarizədən bəhs edir.

Səhnə əsərində canlandırılan bütün hadisələr reallığı özündə əks etdirir. Məhsəti Gəncəvinin Xll əsrdə Gəncədə ən məhşur yerlərdən biri olan Xərabət məhəlləsində yaşadığı, öz evində şeir-söz məclisləri təşkil etdiyi, ilahi nəğmələr, şeirlər oxuduğu təqdim edilir. Ətrafda yaşayan şairlərin, sənət adamlarının yığıldıqları məclislərin birinə Gəncə Xətibinin oğlu Əmir Əhməd təşlif buyurur və Məhsəti Gəncəvi ilə görüşür. Nəticədə, onlar bir-birilərinə aşiq olurlar.

Elşad Əhmədov - quruluşçu rejissor: Xəzangül xanımın teatrımıza təqdim etdiyi əsərlərindən biri də “Xərabət gözəli” pyesidir. Bu pyes gəncəli yazarımız, yaradıcılığının 90 illiyi artıq Yunesko səviyyəsində qeyd olunmuş Məhsəti xanımın həyat və yaradıclığından bəhs edir.

İki aşiqin məhəbbətini özündə əks etdirən Əmir Əhməd və Məhsəti Gəncəvi dastanı Xll əsrin ən geniş yayılan ədəbiyyat nümunələrindən biri olub. Bu sevgidən xəbər tutan Gəncə Xətibi Məhsətini şəhərdən qovdurur. Lakin Əmir Əhməd Məhsətini taparaq, onunla ailə qurur. Sonra Gəncədə baş verən dağıdıcı zəlzələ nəticəsində Gəncə Xətibi dünyasını dəyişir. Beləliklə, onun yerinə Əmir Əhməd təyin olunur, ancaq o da qəfil dünyasını dəyişir. Tamaşada Məhsətinin təqiblərə məruz qalması və digər hadisələr xronoloji ardıcıllıqla bir-birini əvəzləyir.

Elşad Əhmədov - quruluşçu rejissor: Burda biz artıq Məhsəti xanımı demək olar ki, başqa bir rakursdan tanıyacağıq, onun görünməyən tərəflərini görəcəyik. Yazıb-yaratdığı dövrdə baş verən hadisələr, onun göstərdiyi can fəşanlıq, eyni zamanda şəxsi bioqrafiyası ilə bağlı olan məsələlər bu tamaşada öz əksini tapıb.

Xəzangül Hüseynovanın “Xərabət gözəli” pyesi ədəbiyyatın nəsr və nəzm formasından istifadə olunaraq, maraqlı səhnə tərtibatı ilə tamaşaçılara təqdim ediləcək. Xronometrajı 1 saat 15 dəqiqə olan səhnə əsərinin rəssamı Vahab Cəfərov, rəqslərin quruluşçusu isə xoreoqraf Sənan Cavadovdur. Tamaşada xalq artisti Məmmədəli Balayev, Mətləb Təhmazi, Samir Abbasov və başqaları iştirak edirlər. “Xərabət gözəli” tamaşası martın 8-də Gəncədə teatr sevərlərə təqdim olunacaq.