• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1605
— 04.03.2019 15:41

Aqrar könüllülər sahələrdə təcrübədə olublar

KepezTV Player

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzində faəliyyət göstərən  “Aqrar İnkişaf Könüllüləri” rayonun kənt təsərrüfatı sahələrində əyani təcrübədə olublar. Burada fermerlərlə görüşən könüllülərə təsərrüfatlar da eləcədə sahələrdə olan yeniliklər izah edilib.

Pərviz Şükürov - aqrar könüllü – “Aqrar Universtetində təhsil alıram. İkinci kurs aqranonam. Dərsdən sonra asudə vaxtımı aqrar inkişaf könüllüləri layihəsində keçirirəm. Aqarar inkişaf layihəsində olmaq biz gənclər üçün böyük əhəmiyyət kəsb edir”.

Göygöldə yanvar ayının 3-dən faəliyyət göstərən “Aqrar İnkişaf Könüllüləri Hərəkatının” 7 üzvü bu dəfə rayonun Xəqani kəndin də inkubator cücə sexin də olub. Sexə yumurtanın gəlişindən, cücənin çıxma prosesinə kimi bütün detallar aqrar könüllülərinə izah edilib. İnkubatora yumurtalar yanvar ayından qoyulur. Burada yumurtalar 37,5 dərəcə tempuratorda 50 dəqiqədən bir 90 dərəcə bucaq altında sağa sola fırlanır.Mərhələli şəkildə hər 21 gündən bir 12 min yumurtadan cücə çıxır. Yumurtadan cücələr çıxdıqdan sonra isə onlar 37 dərəcə istilikdə saxlanılır.

Şəhriyar Əliyev - fermer – “Biz də əlimizdən gələni könüllülər üçün etdik ki, öyrənsinlər. Cücələrin çıxması  barədə bütün ətraflı məlumatlar verildi”.

Şəfa Fəzliyeva - könüllü – “Aqrar sahədə bu təlimin yaranması gənclərə iş rejimini öyrədir. Bizim fermerlər kömək etməyimiz əslində bizə çox xeyir verir”.

Murad Novruzov - Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin Aqrar İnkişaf Könüllülər üzrə nümayəndəsi – “Bizim məzun aqrar inkişaf könüllüləri ilə daim mütamadi olaraq əlaqəmiz var. Onları Dövlət Aqrar İnkişaf Mərkəzinin təlimlərinə cəlb edirik və gəlib iştirak edirlər. İş təminatı ilə bağlı isə onlar tələbə olduğu üçün Universteti bitirdikdən sonra kənt təsərrüfatı sahəsində işlə təmin olunması nəzərdə tutulur”.

Bundan başqa aqrar könüllülər taxıl sahələrində də olub. Burada taxıla göstərilən aqro texniki qulluq qaydaları mütəxəsislər tərəfindən ətraflı izah olunub. Bu könüllülər mart ayının sonun da məzun olacaqlar. Onlara Kənd Təsərrüfatı Nazirliyi tərəfindən gələcək iş həyatlarında təcrübə biliyini təstiq edəcək sertifkatlar veriləcək. 

 

Elnur Vahidoğlu