• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1933
— 04.03.2019 15:39

Gədəbəy balı xaricə ixrac edilə bilər

KepezTV Player

Arıçılığa dövlət tərəfindən verilən supsidiya Gədəbəyin təsərrüfatlarında istehsal edilən balın ixracına da stumul yaradıb. Artıq yekunlaşan prosesdən rayon üzrə 748 arıçı faydalanıb və təsərrüfatların sayının artmasına da təkan verib. 

Ölkədə arıçılığın inkişafında qabaqcıl rayonlardan olan Gədəbəydə hazırda fərdi təsərrüfatlarda 9 min 74 arı ailəsi saxlanılır. Ölkə prezidentinin sərəncamına uyğun olaraq, arıçılığın inkişafının stimullaşdırılması məqsədi ilə arıçılara saxladıqları hər arı ailəsi üçün nəzərdə tutulan maddi yardım təsərrüfatçıların bank hesabına köçürülüb. Onlara 90 min manatdan artıq subsidya verilib.

Asəf Nağıyev - Gədəbəy DAİM-in direktoru: Bu arıçılıqla məşğul olan təsərrüfatçılara daha böyük stimul verir ki, gələcəkdə öz arı ailələrinin sayını daha da artırsınlar və dövlətdə mənfəət görsünlər. Bu proses prezidentin tapşırığına uyğun olaraq 5 il davam edəcək. Aprel ayında yenidən ucota alma işləri başlanılacaq və yenidən subsidyaların verilməsinə başlanılacaq.

Hazırda rayonun illik bal hasilatı 70 tondan artıqdır. Əsasən yerli bazara çıxarılan məhsulun, xaricə ixracı da nəzərdə tutulur.

Asəf Nağıyev - Gədəbəy DAİM-in direktoru: 2018-ci ildə Bakı şəhərində təşkil olunan yarmarkada bizim rayonun arıçılarıda iştirak edib. Belə ki, 7 nəfər təsərrüfatçı satış yarmarkasına 2410 kiloqram süzmə bal, 80 ədəd çərçivə, 5 kiloqrama yaxın vərəm mumu, 8 kiloqrama yaxın çiçək tozunu alıcılara satıblar. Çox güman ki, Gədəbəy brendi adı ilə yaxın vaxtlarda balımız xaricədə ixrac olunacaq.

Hər arı ailəsi üçün nəzərdə tutulan subsidya 10 manat təşkil edir.

 

Elton Cabbarlı