• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1322
— 28.02.2019 13:20

Satıcının pulunu oğurladı, başqa əməli də üzə çıxdı

KepezTV Player

Paytaxtda satıcının pulunu oğurlayan şəxs saxlanılıb. Nərimanov rayonu Ağa Neymətulla küçəsində yerləşən mağazada işləyən Təhminə Əliyevaya məxsus çantadan 268 manat pul naməlum şəraitdə götürülüb. Zərərçəkən bu barədə ərazi üzrə Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsinə məlumat verən kimi hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Əməliyyat tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən Masallı rayon sakini Nicat Fərzəliyev saxlanılıb. O, ifadəsində əməli etiraf edib.Saxlanılan şəxsin ətrafında keçirilən əlavə tədbirlərlə onun yanvarda “Yaşıl Bazar” ticarət mərkəzində yerləşən mağazalardan birinin kassasından 1200 manat oğurladığı da məlum olub. Araşdırmalar davam etdirilir.