• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1366
— 28.02.2019 13:17

8 kiloqramdan çox narkotik aşkar edilib

KepezTV Player

Şahtaxtı gömrük-sərhəd buraxılış məntəqəsindən keçməklə Naxçıvan Muxtar Respublikasına gələn 40 yaşlı İran vətəndaşının idarə etdiyi "Renault" markalı yük maşınına rentgen qurğusu vasitəsilə gömrük baxışı keçirilib. Qoşquya yüklənmiş mərmərin içərisindəki şübhəli daşa gömrükçülər tərəfindən fiziki baxış keçirilib. 4 ədəd plastik butulkaya yığılmaqla həmin daşın içində gizlədilən 8 kq 169 qram tiryək aşkar edilərək götürülüb.Narkotik gizlədilmiş nəqliyyat vasitəsinin Naxçıvan ərazisindən tranzit keçməklə Türkiyə üzərindən Avropaya gedəcəyi müəyyən olunub.Digər bir narkotik qaçaqmalçılığı faktı isə Culfa sərhəd-keçid məntəqəsində qeydə alınıb. Azərbaycan vətəndaşı 41 yaşlı Nəzakət Həsənova Naxçıvan Muxtar Respublikasına gələrkən şübhəli şəxs qismində saxlanılıb. Şəxsi yoxlama zamanı bədən üzvündən 46,8 qram həşiş, 21,2 qram marixuana, 4,6 qram metamfetamin aşkarlanaraq götürülüb.Hər iki fakt üzrə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsində cinayət işi açılıb.

Cənub Ərazi Baş Gömrük İdarəsinin "Biləsuvar" gömrük postunda İrandan gələn 4 Azərbaycan vətəndaşı piyada xətti ilə gömrük nəzarəti salonuna daxil olub. Əl yükləri rentgen aparatında yoxlanılarkən qazan dəstinin içində şübhəli predmetlərin olması müşahidə edilib. Təkrar baxış zamanı qazan dəstlərindən birinin içindən 412 qram heroin, digər qazanda 53 qram metamfetamin və 188 qram heroin, daha iki qazandan 409 qram heroin və 252 qram metamfetamin aşkara çıxarılıb. Aşkar edilən bütün predmetlər qazanların içərisində onların diametrinə uyğun olaraq sonradan yapışdırılmış və üzü boyanmış metal lövhələrin altında gizlədilib. Külli miqdarda narkotikin gömrükdən keçirilməsi cəhdinin qarşısının alınması nəticəsində ümumilikdə 1009 qram heroin və 305 qram metamfetamin aşkar edilib. Metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı əməliyyat tədbirləri çərçivəsində kriminal aləmdə “Səddam” ləqəbi ilə tanınan rayon sakini Hüseyn Mustafayevi saxlayıblar. Onun evinə baxış keçirilən zaman oradan 2,008 qram heroin və 133 qrama yaxın həşiş aşkar edilərək götürülüb. Saxlanılan şəxsin əvvəllər də məhkumluq həyatı yaşadığı bildirilir.

Fərid Fərzəliyev Beyləqan RPŞ-nin İstintaq bölməsinin rəisi: Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Beyləqan rayon sakini əvvəllər dəfələrnən məhkum olunmuş kriminal aləmdə Səddam ləqəbnən tanınan Hüseyn Mustafayev tərəfimizdən saxlanılmışdır.

Faktlarla bağlı araşdırmalar aparılır.