• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2081
— 27.02.2019 16:37

Narkotik vasitələrin dövlət sərhədindən gətirilməsi cəh­dinin qarşısı alınıb

KepezTV Player

Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Asta­ra rayonunun Züngüləş kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sa­­hə­sində İrandan Azərbaycana doğru 1 nəfər şəxsin qeyri-qanuni yolla dövlət sərhədini pozması barədə məlumat da­xil olub. Sər­hədini pozmağa cəhd edən İran vətəndaşı 44 yaşlı Tahiri Müqəddəm Rza saxlanılıb.Üzərinə baxış keçirilərkən 1 ədəd bel çantası, 2 ədəd spirtli içki, 1 ədəd narkotik maddə istifadə etmək üçün qəlyan və 1 qram “tiryək” aşkarlanıb. Astara polisi ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticə­sində İran vətəndaşı ilə əlaqədə olan Astara sakini 33 yaşlı Amil Məmmədov şübhəli şəxs qismində saxlanılıb. O, 23 fevralda Ərçivan kənd sakini 33 yaşlı Vü­salə Hacıye­va ilə birlikdə “İstisu” adla­nan əra­ziyə gəldiyini və İran vətəndaşı ilə görü­şə­rək on­dan narkotik əldə etmələrini etiraf edib. Hacıyevanın yaşadığı evə baxış zamanı həyətyanı sahədə 2550 qram “heroin”, 540 qram “marixuana”, 300 qram “metamfetamin”, 64 ədəd tropikamid “mydrax”, 100 konvalyutda “pre­qabalin-150” aşkarlanaraq götürülüb. Saxlanılmış şəxslər barəsində “həbs” qətimkan tədbiri seçilib. Tahiri Müqəddəm Rzanın 2005-ci ildə döv­lət sərhədini pozduğuna və narkotik vasi­tələrin qaçaqmalçılığına görə DSX əmək­daşları tərəfindən saxlanılaraq məhkum olunması, Vü­salə Hacıye­vanın isə qəsdən adam öldürməyə görə məhkum olunması müəyyən edilib.