• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1321
— 22.02.2019 22:28

Mağazanın damından girib oğurluq etdilər

KepezTV Player

Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə oğurluq olub. Cəbrayılın Böyük Mərcanlı kənd sakini Qüdrət Qurbanov polis şöbəsinə müraicət edərək ona aid mağazanın kassasından 347 manat, içərisində 6875 manat olan seyf və müxətlif adda siqarətlərin oğurlandığını bildirib. Əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Böyük Mərcanlı kənd sakinləri - Yalçın Abbasov və Rahib Həşimov saxlanılıb. Onlar əməllərini etiraf edərək bildiriblər ki, əvvəlcədən plan qurub mağazanın dam hissəsindən içəri daxil olublar. Oğurladıqları seyfi gizlədib bir neçə gün sonra kəsərək içərisindəki pulu götürüblər. Faktla bağlı istintaq davam etdirilir.