• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 797
— 22.02.2019 17:04

Kirayədə qaldığı evdən oğurluq etdi

KepezTV Player

Gəncə sakini kirayədə qaldığı mənzili qarət edib. Həmin şəxsin evdən apardığı isə məişət əşyaları olub.

Gəncə Şəhər Baş Polis İdarəsi Nizami Rayon Polis İdarəsinə müraciət edən şəhər sakini ona məxsus mənzildən məişət əşylarının oğurlandığını bildirib. Polis əməkdaşları zərərçəkənin müraciəti əsasında həmin ünvana baxış keçiriblər və məlum olub ki, evdən ümumi dəyəri 1800 manat olan məişət əşyaları oğurlanıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qarətçinin həmin mənzildə kirayədə qalan 22 yaşlı Rüstəm Sadıxov olduğu müəyyən edilib.

Şahəddin Məmmədov - müstəntiq: “Sadıxov Rüstəm Ruzigar oğlu şübhəli şəxs qismində saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayəti işi başlanılıb. İstintaq aparılır”.

Saxlanılan şəxsin oğurladığı məişət əşyaları tapılaraq maddi sübut kimi götürülüb. Əvvəllər məhkumluq həyatı yaşayan Rüstəm Sadıxov əməlini səmimi etiraf edib və  cinayəti tək törətdiyini deyib.

Rüstəm Sadıxov saxlanılan şəxs: “Heç nə, aynanı qırıb içəri daxil oldum. Oradan da bir neçə əşya götürüb satdım. Pulunu da xərclədim”.

Rüstəm Sadıxovun digər cinayətlərdə əlinin olub-olmadığı araşdırılır.

 

Natiq Hüseyn