• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1680
— 22.02.2019 14:29

Qərb bölgəsinin turizm imkanları öyrənilib

KepezTV Player

Gəncədə “İnkişaf və Əməkdaşlıq üçün Vətəndaş Cəmiyyəti: Azərbaycan və Gürcüstanın sərhəd bölgələrində turizim potensialının artırılması” layihəsinin yekun konfransı keçirilib. Layihəyə ötən ilin mart ayından başlanılıb və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilib. Azərbaycan-Gürcüstan arasında Şərq Tərəfdaşlığı Ərazi Əməkdaşlıq proqramının qalibi olan və “Gəncə Regional Qadın Mərkəzi” ictimai birliyinin eləcədə Gürcüstan tərəfindən KODA Təhsil Mərkəzi tərəfindən icra edilən layihə çərçivəsində Gəncə-Qazax iqtisadi rayonun turizim imkanları öyrənilib. Bu bölgə haqqında Azərbaycan, ingilis və alman dillərində duplet hazırlanaraq paylanılıb. Həmçinin mübadilə proqramı çərçivəsində Azərbyacanın hədəf ərazilərindən seçilən nümayəndə heyyəti Gürcüstan Respublikasının Kvemo Kartlı ərazisinin turizim məhsulları ilə tanış olub. Gürcüstan nümayəndə heyyyətinin üzvləri isə Gəncə-Qazax regionuna səfər edərək regionun turizm məhsulları öyrənib, hədəf ərazilərinə turlar təşkil edilib. Layihə çərçivəsində 3 aylıq “Turizim Biznesi” kursu da təşkil edilib, turizmə marağı olan gənclər kursu bitirib. Bundan başqa Gəncə-Qazax regionun turizim imkanları haqqında 4 dəqiqəlik 2 dildə video da çəkilərək təqdim edilib.

Məleykə Əlizadə - “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin sədri – “Artıq biz biznes beynəlxalq tur həyata keçirmişik. Almaniyadan, ABŞ-dan, Rusiya və Gürcüstandan olan turistlər biazim Alman irsi ilə Şəmkir və Göygöl rayonların da tanış olublar. Bunlar böyük uğurlardı. Biznes turlarını davam etdirmək fikrindəyik”.

Bahar Şükürova - layihə iştirakçısı – “ Mən özümdə biznes təlimin də iştirak elədim.Təlimdə iştirak edərək layihə yazdım və qrant layihəni udaraq arıçılıq sahəsini inkişaf elətdirmək eləcədə öz təsərrüfatımı yaratmaq istəyirəm”.

 

Elnur Vahidoğlu