• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1231
— 22.02.2019 14:09

Polis rəisi məktəblilərlə görüşüb

KepezTV Player

Gəncədə Nizami rayon Polis idarəsi tərəfindən narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbir keçirilib. İdarə rəisi, polis polkovniki Ədalət Sadıqov bu sahədə işlərin daha da gücləndiirlməsi məqsədilə Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən tədbirlər planı hazırlandığını və idarə, müəssisə, təşkilatlarda, təhsil və səhiyyə ocaqlarında bu istiqamətdə maarifləndirmə işlərinin aparıldığını vurğulayıb. Ağ ölümlə mübarizədə gənclər arasında təbliğat xarakterli söhbətlərin aparılmasının rolu xüsusi vurğulanıb. Həmçinin dini radikalizm və erkən nigahın fəsadları da məruzələrdə diqqət mərkəzində olub. Sonda  “Narkomaniya bəşəriyyətin bəlasıdır” adlı filmin nümayişi olub.  

 

Natiq Hüseyn