• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 702
— 22.02.2019 12:43

Oyun zalından oğurluq edənlər saxlanıldılar

KepezTV Player

Bakının Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə kompüter oyunları zallarının birindən oğurluq edilməsi barədə müraciət daxil olub. Araşdırmalarla müəyyən edilib ki, həmin oyun zalına gələn 2 gənc kabinetlərdən birini rezerv ediblər. Bir neçə saat orada olan gənclər oyun aparatını və orijinal oyun diskini geyimlərinin içində gizlədərək oğurlayıb və oradan qaçıblar. Araşdırmalarla oğurluq hadisəsini törədənlərin Lənkəran rayon sakini Nahid Mənsimov və Biləsuvar rayon sakini Tural Quluzadə olduqları müəyyən edilib. Oğurlanmış aparat və disk maddi sübut kimi onlardan götürülüb.