• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1114
— 22.02.2019 12:36

Evdən 2 kiloqrama yaxın heroin aşkarlandı

KepezTV Player

Yasamal Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi və 27-ci Polis Bölməsi əməkdaşları narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslərin aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçiriblər. Rayon sakini Çingiz Hacıyev saxlanılaraq istintaqa təqdim edilib. Onun mənzilinə baxış zamanı külli miqdarda heroin götürülüb. Saxlanılan şəxs narkotik vasitəni satmaq və şəxsi istifadəsi üçün adı istintaqa məlum olmayan mənbədən aldığını bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.