• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1375
— 22.02.2019 12:51

Mikroavtobus maşınla toqquşdu: 1 nəfər öldü, 3-ü yaralandı

KepezTV Player

Sumqayıt şəhərində baş verən yol qəzasında 31 nəfər yaralanıb. Məşədi Əzizbəyov və Nizami küçələrin kəsişməsində “Toyota Prado” markalı, avtomobil 30 saylı marşrut xətti üzrə hərəkətdə olan “AKİA” markalı avtobusla toqquşub və nəticəsində avtobus yoldan çıxaraq yaşayış binasının divarına dəyib. Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. 31 nəfər sərnişindən 13-də xəsarət olmadığı üçün onlar evə buraxılıb, 6 nəfər reanimasiyaya yerləşdirilib, 12 nəfəri isə stasionara qəbul olunub.Bu gün reanimasiya şöbəsində olan xəstələr artıq palatalara köçürülüb. Orada müalicə alan 12 nəfərdən 11-nin isə gün ərzində evə buraxılacaqları gözlənilir.

Hacıqabul-Horadiz magistralının Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində qəza qeydə alınınb. “Ford” markalı mikroavtobus yük avtomobili ilə toqquşub. Mikravtobusda olan sərnişin Beyləqan rayonunun Dünyamalılar kənd sakini, 44 yaşlı Fuad Şükürov hadisə yerində ölüb, digər sərnişinlər Beyləqan sakinləri, 44 yaşlı Kənan Orucov, 57 yaşlı Nadir Rzayev və daha bir nəfər Sabirabad rayon xəstəxanasına, Beyləqan sakini, 22 yaşlı Səidə Quliyeva Şirvan şəhər xəstəxanasına yerləşdirlib.

Yevlax rayonunun Aşağı Ağasıbəyli kəndi ərazisində də ölümlə nəticələnən yol qəzası baş verib. hərəkətdə olan "VAZ-21011" markalı avtomobil qarşıda gedən yük avtomobilinə çırpılıb. Nəticədə "VAZ"ın sürücüsü Goranboy rayonunun Dəliməmmədli şəhər sakini, 32 yaşlı Əli Abbasov aldığı xəsarətlərdən ölüb.

Zaqatalanın Göyəm kəndi ərazisində "VAZ" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində rayonun Bəhmətli kənd sakini 29 yaşlı Elgün Qədimov və Zaqatala şəhər sakini 33 yaşlı Bəxşiş Dadaşov xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Qədimov həkimlərin səylərinə baxmayaraq, xəstəxanada keçinib. Bəxşiş Dadaşovun vəziyyəti isə orta-ağırdır.

Daha bir qəza Bakının Xəzər rayonunda baş verib. Mərdəkan qəsəbəsi Yesenin küçəsində hərəkətdə olan Mercedes markalı avtomobil yolayrıcında qəfil qarşısına çıxan Vaz 2107 markalı avtomobillə toqquşub. Zərbədən Vaz 2107 markalı avtomobil yarasız vəziyyətə düşüb ,sürücüsü isə xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Verilən məlumata görə qəza Vaz 2107 markalı avtomobilin sürücüsünün yol hərəkət qaydalarını pozması səbəbindən baş verib. Faktlarla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar aparılır.