• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1152
— 21.02.2019 22:38

Evdən 1 kq-dan çox marixuana götürüldü

KepezTV Player

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilib. Belə ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Qalınçaq kənd sakini Məzahir Əzimov saxlanılıb. Onun yaşadığı yerə baxış keçirilərkən evindən və həyətyanı sahədəki tikilidən ümumi çəkisi 1 kiloqram 480 qram marixuana aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.