• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1807
— 21.02.2019 17:50

Tranzit yolla aparılan 28 kq-dan çox heroin aşkarlandı

KepezTV Player

Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Ukraynaya külli miqdarda narkotik vasitələr aparılacağı barədə əməliyyat məlumatı daxil olub. Ukrayna vətəndaşı Volodimir İvonyak idarə etdiyi "Renault" markalı yük nəqliyyat vasitəsi ilə İranın Malayer şəhərindən Ukraynanın Odessa şəhərinə "kişmiş" yükü apararkən Astara gömrük postunun yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində saxlanılıb. Nəqliyyat vasitəsinə rentgen qurğusu vasitəsilə gömrük baxışı keçirilib. Bu zaman avtomobilin qoşqusunun ön divarında, soyuducu qurğusunun aşağı hissəsində, dördkünc formalı şübhəli cizgilər müşahidə edildiyindən maşın əsaslı yoxlamaya cəlb olunub. Nəqliyyat vasitəsinin qoşqusunda olan "kişmiş" yükü boşaldılıb, kinoloji xidmət iti tətbiq olunmaqla yoxlanılıb. İt həmin hissəyə reaksiya verdiyindən divar xüsusi alət və avadanlıqlardan istifadə edilərək sökülüb.Nəticədə nəqliyyat vasitəsinin ön divarında xüsusi düzəldilmiş yerdə, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş şəffaf rəngli sellofana bükülü cəmi 54 ədəd bağlama aşkar edilib.Gömrük yoxlaması tam başa çatdıqdan sonra bağlamaların qablaşdırılması ilə birlikdə çəkisi 28 kq 400 qram olan narkotik vasitə - heroin olduğu müəyyənləşib.Faktla bağlı araşdırmalara başlanılıb.