• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2329
— 21.02.2019 18:32

“Kəpəz” Gəncədə “Zaqatala”nı qəbul edəcək

KepezTV Player

Futbol üzrə I Divizionda 16-cı turun oyunlarına start verilib. Tur çərçivəsində “Kəpəz” Gəncədə meydana çıxacaq. Komanda sabah şəhər stadionunda Zaqatalanın eyniadlı təmsilçisini qəbul edəcək. Saat 15:00-da başlayacaq görüşün baş hakimi Ziya Nəsirov olacaq. “Sarı-göylər” qarşıdakı oyunun əsas hazırlığını Göygöldə keçirsə də, matç öncəsi son məşqinə dünən doğma meydanda çıxıb. Gəncəlilərin heyətində cəzalı və ya zədəli futbolçunun olmaması məşqçilər korpusunu sevindirən məqamlardandı. II dövrənin ilk iki oyununda məğlubiyyətlə üzləşən Etibar İbrahimovun yetirmələri nəhayət ki, uğursuzluğa son qoymaq niyyətindədirlər. Xatırladaq ki, “Kəpəz” və “Zaqatala” komandaları arasında ilk dövrədə keçirilən oyunda hesab açılmayıb.

Azad Rəfi