• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2300
— 20.02.2019 17:37

Narkotikin dövlət sərhədindən keçirilməsi cəhdinin qarşısı alınıb

KepezTV Player

Dövlət Sərhəd Xidməti Sərhəd Qoşun­larının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində həyata ke­çirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayonu­nun ərazisində dövlət sərhədindən narkotik vasitələrin qeyri-qa­nuni gətirilməsi cəhdinin qarşısı alınıb. Masallı rayon sakini 25 yaşlı Cavad Nəzirli saxlanılıb, üzərinə baxış keçirilərkən 1 kq 720 qr “heroin”, 2763 manat və 3 ədəd mobil telefon aşkar olu­naraq götürül­üb. Cinayətin digər iştirakçısı təqibdən yayınaraq meşə massivində gizlənməyə müvəffəq olub. Həmin şəxsin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Bundan başqa, Sahil Müha­fizəsinin Lənkəran rayonu Vel kəndi ərazisində xidmət apa­ran sahil nəzarəti bölməsinin əməkdaşları sahildə kolluq­ların arasında gizlədilmiş 1 kq 85 qr “heroin” aşkarlayaraq götü­rüblər.