• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1125
— 20.02.2019 14:53

Gəncə Yaşıllaşdırma İdarəsinin tinkliyində artıq xarici ağac növləri də yetişdirilir

KepezTV Player

Bir neçə il öncəyə qədər Türkiyə və Hollandiyadan gətirilən dekorativ ağac növü olan  Fatunya və Leylandra, gül kollarından Trimula, Taqedis, Kazaniya, Salviya və Kalendula  2 ildir ki, yerli tinklikdə becərilərək şəhərin küçə və prospektlərində yol kənarlarını eləcə də parkları bəzəyir. Bununla belə tinkçilik sahəsində Xan çinar, Cökə, Eldar şamı, Liqustr, At şabalıdı kimi müxtəlif növ yerli iqlim şəraitinə uyğun ağaclar da yetişdirilir. Son 5 ildə tinkçilik təsərrüfatında 450 min ağac yetişdirilərək şəhərin müxtəlif ərazilərinə əkilib.

Rizvan Quliyev - baş aqranom: Bu il tinkçilik sahəsində 20 min Eldar şamı, 25 min Sərv ağacı, 15 min Xan çinar ağacı yetişdirilir. Bundan başqa 12 min ədədə qədər Tuya var. 60 min həmişə yaşıl Liqustr kolu və 40 minə yaxın Qızılgül kolu hazırda tinkçilik sahəsində yetişdirilir.