• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2084
— 20.02.2019 13:10

Gözəllik salonundan 8 kiloqram qaynaq saçı oğurlanıb

KepezTV Player

Paytaxtın Nərimanov rayonunun Faiq Yusifov küçəsində yerləşən gözəllik salonlarından birindən 8 kiloqram qaynaq saçı oğurlanıb. Sahibkara 32 min manat zərər dəyib. Salona girən şəxs seyfdən 14 min manat nağd pulu da aparıb, həmçinin müşahidə kameralarının obyektlərini qırıb. Bundan başqa, salonun alt mərtəbəsində yerləşən otaqdan gecə libaslarını da götürüb. Obyekt sahibi səhər saatlarında hadisədən xəbər tutub və dərhal polisə xəbər verib. Nərimanov Rayon Polis İdarəsinin 17 ci Polis Şöbəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən 22 yaşlı Əhəd Quliyevi saxlayıblar. Onun barəsində artıq cinayət işi başlanılıb. Araşdırmalar aparılır.