• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2132
— 20.02.2019 10:01

İtalyan startapı cəmi 150 min avroya neyrointerfeysli hiperkar hazırlayır

İtaliya startapı Zava firması Indiegogo kraudfandinq platforması vasitəsilə PrometheuS elektrohiperkarının hazırlanmasına vəsait toplayıb. Şirkətdən hesablayıblar ki, onlara 150 min avro kifayətdir. Neyrointerfeysli maşının sınaqları elə bu il ərzində baş tutmalıdır. Bazara isə 2020-ci ildə çıxacaq. Zava PrometheuS-un dizayn-maketini ötən il göstərmişdilər. Elektrohiperkar gücü hər təkərə düşən tam ötürücü sistemlə təchiz olunur. Onun aktiv asması və 4 motorlu güc sistemi var. Ümumilikdə at gücü 1360-a bərabərdir. 100 km/saat sürəti yerindəcə 2 saniyədən də tez yığır. Maksimal sürətsə 350 km/saatdır. Digər xüsusiyyətlərindən mərkəzdə yerləşdirilən sürücü oturacağı, toxunma reaksiyalı holoqrafik idarəetmə, orqanik LED işıqlı şəffaf panellər, radarlar və lazerli məsafəölçən, həmçinin ətrafı göstərən kameranı qeyd etmək lazımdır. PrometheuS müəllifləri sürücü və avtomobili tamamilə bir-birinə bağlayan fərqli neyrointerfeys təqdim etməyi söz verirlər. 2025-ci ildə Zava şirkəti 50 ədəd bu tip avtomobil hazırlanmağı planlaşdırırlar.