• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1731
— 19.02.2019 17:19

Oyun zalından oğurluq edənlər tutuldular

KepezTV Player

Şirvanda oğurluq edən şəxslər saxlanılıblar.Ş irvan şəhər sakini Samid Əmirəliyev Daxili İşlər Nazirliyinin 102 mərkəzinə zəng edərək ona məxsus oyun zalından ümumilikdə 8360 manat dəyərində 2 ədəd oyun aparatının və 5 ədəd idarəetmə cihazının oğurlandığını bildirib. Məlumat müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyatı üzrə Şirvan şəhər Polis şöbəsinə göndərilib. Şirvan polisinin keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən,Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş 22 yaşlı Cosqun İsmayılov saxlanılıb. Dindirilmə zamanı o, bu əməlini tanışı Ülvi Fərziyevlə ilə törətdiyini etiraf edib. Oğurladıqları əşyaların bir qismi maddi sübüt kimi götürülüb. Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.