• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1627
— 15.02.2019 13:37

Ağır qəzada ər öldü, arvadı yaralandı

Paytaxtda Müşfiqabad-Qaradağ yolunda da ağır qəza baş verib. Qaradağ istiqamətində hərəkət edən "Niva" markalı avtomobil əks istiqamətdə hərəkətdə olan "Toyota" ilə toqquşub. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib, "Niva"nın sürücü hadisə yerində dünyasını dəyişib, həyat yoldaşı 44 yaşlı Rəsmiyyə Nəsrullayeva isə təcili tibbi yardımla xəstəxanaya çatdırılıb. 1 Saylı Şəhər Klinik Xəstəxanasından verilən məlumata görə, qadın başından zədə alıb. Vəziyyəti normaldır. Qəzanın səbəbləri araşdırılır.