• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3262
— 15.02.2019 13:20

Yük maşının vurduğu piyada tanınmaz hala düşdü

KepezTV Player

Ucarda piyadanın ölümü ilə nəticələnin yol-nəqliyyat hadisəsi baş verib. Bakı-Qazax magistralının 249-cu km-də - rayonun Qarabörk kəndi ərazisində paytaxt istiqamətində hərəkətdə olan Şəki sakini Cümşüd Məmmədov idarə etdiyi yük maşını ilə yolu keçməkdə olan piyadanı vurub. Ağır bədən xəsarətləri alan şəxs hadisə yerindəcə dünyasını dəyişib. Təxminən 45-55 yaşlı kişinin meyiti tanınmaz hala düşdüyü üçün hələlik şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. İtkin düşən şəxs barədə məlumat olarsa, meyitə baxış keçirilməsi üçün ətraf rayonların polis şöbələrinə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.