• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 925
— 15.02.2019 13:26

Moskvada azərbaycanlı qətlə yetirilib

KepezTV Player

Moskvada daha bir hadisədə Azərbaycan əsilli şəxs avtomobildən açılan atəş nəticəsində həyatını itirib. Naməlum şəxslər "BMW X6" markalı maşından odlu silahla bir kişini güllələyiblər. Vurulan şəxs təqribən 45 yaşlı azərbaycanlıdır. Hazırda hüquq-mühafizə orqanları qatillərin hadisə yerindən uzaqlaşdığı avtomobili axtarır. Həmçinin bu insidenlə kafedə Çeçen və Azərbaycan əsilli şəxslər arasında baş vermiş kütləvi dava arasında hər hansı əlaqənin olub-olmadığı araşdırılır.