• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2418
— 14.02.2019 23:02

İstixanada yanğın baş verib, xəsarət alan var

KepezTV Player

Şəmkir rayonunun Düyərli kəndində yanğın hadisəsi olub. Yanğın Mais Allahverdiyevə məxsus istixananın yardımçı tikilsində baş verib. İçərisində qazanxana quraşdırılmış tikilinin ümumi sahəsi 100 kvadratmetrə yaxındır və tikilinin içərisində olan qazanxananın qızdırılması üçün nəzərdə tutulan 4 ton yağ, texniki avadanlıqlar tam, tikilinin içərisində olan "QAZel" markalı yük maşını isə qismən yanıb.Yanğın zamanı 29 yaşlı Afiq Rzazadə xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunub. Yanğının baş vermə səbəbləri araşdırılır.