• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1320
— 13.02.2019 11:51

Partlayış bir neçə evə ciddi ziyan vurdu

KepezTV Player

Bakıda evdə partlayış baş verib. Hadisə Səbail rayonunda 20-ci sahə adlanan ərazidə birmərtəbəli fərdi yaşayış evində qeydə alınıb. Partlayış nəticəsində 20 evə ziyan dəyib ki, onlardan 5-də vəziyyət ciddidir.Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunublar, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.Dağıntılar altında qalanların olduğu ehtimalı ilə əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupu da xilasetmə işlərinə cəlb edilib. Axtarışlar nəticəsində dağıntılar altında heç kimin olmadığı müəyyənləşib. İlkin ehtimala görə, partlayış qaz sızmasından baş verib.