• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1836
— 14.02.2019 12:07

Qadının abort zamanı ölməsi ilə bağlı cinayət işi başlandı

KepezTV Player

Göyçay Rayon Mərkəzi Xəstəxanasında qadının abort zamanı ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Fevralın 12-də Astara rayonunun Siyaku kənd sakini, 28 yaşlı Nurlanə Əliyevanın Göyçay Rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsində ölməsi ilə bağlı hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində meyitə baxış keçirib, ölümün səbəbinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin olunub. İlkin araşdırmalar zamanı məlum olub ki, Əliyeva həyat yoldaşının Göyçayda çoban işləməsi məqsədi ilə rayonun Qaraməryəm kəndinə köçüb, fevralın 11-də hamilə olduğu üçün Göyçay Rayon Mərkəzi Xəstəxanasına qəbul edilib. O, həmin gecəni xəstəxanada qalıb, abortdan sonra qanaxmadan dünyasını dəyişib.Faktla bağlı Göyçay rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə iş başlanıb. İstintaq hərəkətləri davam etdirilir.