• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 776
— 14.02.2019 12:05

Qəzada bir nəfər öldü, biri yaralandı

KepezTV Player

Balakən rayonunda yol qəzası baş verib. Hadisə Yevlax-Zaqatala- Gürcüstan sərhəd magistiral yolunun rayonun “Beş bulaq” adlanan ərazisindən keçən hissəsində qeydə alınıb. Türkiyə vətəndaşı, 51 yaşlı Başar Saminin idarə etdiyi TIR ilə Balakən rayonunun Puştətala kənd sakini, 33 yaşlı Samir Alqayevin idarə etdiyi “Toyota RAV4” markalı minik avtomobili toqquşub. Nəticədə Alqayev hadisə yerində ölüb. Başar Saminə isə Balakən Rayon Mərkəzi Xəstəxanasında lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.