• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2342
— 12.02.2019 14:12

Keçmiş məhkumdan silah-sursat götürülüb

KepezTV Player

Bakının Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsinin əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə əməliyyat keçiriblər. Əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunmuş Xocahəsən qəsəbə sakini Vüqar Mürsəlov saxlanılıb. Üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd atəşə yararlı “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 6 ədəd patron aşkar olunaraq maddi sübut kimi götürülüb. Mürsəlov barəsində toplanan materiallar araşdırılması üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.