• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1568
— 12.02.2019 14:04

20-yə yaxın avtomobildən oğurluq edən şəxs yaxalandı

KepezTV Player

Paytaxtda Binəqədi  Rayon Polis İdarəsi 7-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində isə rayon ərazisində avtomobillərin şüşələrini qıraraq nəqliyyat vasitələrinin salonlarından oğurluqlar edən paytaxt sakini Rövşən Novruzov tutulub. Əlavə tədbirlərlə onun 20-yə yaxın avtomobildən pul, telefon və digər qiymətli əşyalar götürdüyü məlum olub. Novruzov ifadəsində Binəqədi rayonu ərazisində bina evlərinin saxlanc yerlərindən10 ədəd velosiped oğurladığını da etiraf edib. Araşdırmalar davam etdirilir.