• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1383
— 08.02.2019 17:13

Özəl klinikalardan oğurluqlar edən şəxs saxlanılıb

KepezTV Player

Paytaxtda Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt ərazisində yerləşən özəl klinikalardan silsilə oğurluqlar edən şəxs saxlanılıb.<br>Nərimanov rayonu Atatürk prospektində yerləşən klinikalardan birində çalışan paytaxt sakini Elgün Rəşidzadə Bölməyə ərizə ilə müraciət edərək bildirib ki, çalışdığı müəssisədəki kabinetindən bahalı mobil telefonları naməlum şəxs tərəfindən oğurlanıb. Bölmə əməkdaşlarının keçirdikləri əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Yasamal rayon sakini Sadıq Həsənov saxlanılıb. Ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə onun Nərimanov rayonunda yerləşən daha 3 klinikadan ayrı-ayrı şəxslərə məxsus 10 ədəd qiymətli mobil telefon, həmçinin pul kisələri və digər qiymətli əşyalar oğurladığı məlum olub. Faktla bağlı araşdırmalar davam etdirilir.