• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1858
— 06.02.2019 22:23

Qadını maşın vurdu

KepezTV Player

Qazax şəhərində Heydər Əliyev prospekti ilə hərəkətdə olan "VAZ-21011" markalı avtomobilin ağaca çırpılması nəticəsində, maşında olan 22 yaşlı Elmir Məmmədov ölüb, onun həmyaşıdı Roman Hüseynov isə ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib və müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Daha bir qəza rayonun Qazaxbəyli kəndi ərazisində olub. Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 36 yaşlı Şirzad Qasımov xəsarət alıb və xəstəxanaya aparılıb.

Bakıda 551 saylı xətt üzrə hərəkət edən avtobus qəzaya düşüb. Sərnişinlərlə dolu nəqliyyat vasitəsinin sürücüsü Elxan Nəcəfov idarəetməni itirib. Nəticədə avtobus qarşıdakı TIR-a çırpılıb. Qəza zamanı 10 nəfər yaralanıb.

Daha bir qəza Şəkidə olub. Aşağı Küngüt kəndi ərazisində "Ford Tranzit" markalı iki mikroavtobus toqquşub. Maşınlardan biri yoldan çıxaraq ağaca çırpılıb. Zərbənin təsirindən mikroavtobusun motoru və digər hissələri ətrafa dağılıb. Sürücü - İbrahimkənd sakini 25 yaşlı Simral Mirzəməmmədov ağır kəllə-beyin tavması, sərnişini Şəki şəhər sakini 20 yaşlı Yasin Sadıqov sağ budun sınığı, digər mikroavtobusdakı İbrahimkənd sakini 27 yaşlı Rəvan Əhmədli isə üzündən aldığı xəsarətlə Şəki RMX-yə çatdırılıb. Hər üç şəxsə tibbi yardım göstərilib, vəziyyətləri orta-ağır qiymətləndirilir. Digər mikroavtobusun sürücüsü isə qəzadan xəsarətsiz ötüşüb.

Ağsu-Kürdəmir-Bəhramtəpə avtomobil yolunun Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisindən keçən hissəsində də qəza qeydə alınıb. İmişli rayon sakini, 59 yaşlı Tahir Cavadov "KamAZ" markalı yük avtomobili ilə hərəkətdə olarkən qəfildən səhhətində problem yaranıb. Bu səbəbdən sürücü idarəetməni itirib. Yük avtomobili yol kənarına aşıb. Sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib.

Gəncədə 49 yaşlı qadını maşın vurub. Hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən Səfurə Atakişiyevanı vurub. Bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Faktlarla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.