• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 714
— 06.02.2019 22:01

İstanbulda bina çökdü: ölənlər var

KepezTV Player

İstanbulda 14 mənzildə 43 vətəndaşın yaşadığı binanın uçması nəticəsində 2 nəfər həlak olub. Şəhər hakimiyyətindən verilən məlumata görə, xilasedicilər dağıntıların altından 6 nəfəri xilas edə biliblər. Daha öncə İstanbulun qubernatoru Əli Yerlikaya bildirib ki, binanın əlavə 3 mərtəbəsi qeyri-qanuni tikilib. Yerlikaya xilasetmə əməliyyatlarının aparıldığı rayonda sakitçiliyə riayət etməyə və xilasedicilərə mane olmamağa çağırıb.