• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1920
— 06.02.2019 16:23

Yeniyetmələrə siqaret satanlar cərimələniblər

KepezTV Player

Baş İctimai Təhlükəsizlik İdarəsinin paytaxtın Nərimanov və Nizami Rayon Polis idarələrinin əməkdaşları ilə birgə keçirdikləri reydlər nəticəsində həmin rayonların ərazilərində mağaza və köşklərdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib. Həmin mağaza və köşklərin 4 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) ilə protokollar tərtib edilib və hər biri 100 manat məbləğində cərimə olunub.