• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2249
— 04.02.2019 13:27

Canavarlar təsərrüfatda 7 qoyunu parçaladılar

KepezTV Player

Goranboyun Boluslu kəndində canavarlar fərdi təsərrüfata hücum edərək qoyunları parçalayıblar. Kənd sakini 93 yaşlı Sarı Əliyev günorta saatlarında həyətyanı sahəsində saxladığı 30 baş xırdabuynuzlu heyvanı yemlədikdən sonra istirahət etmək üçün evə gedib. Bir müddət sonra səs-küy eşidən ev sahibi həyətə bir neçə canavarın girərək qoyunlardan 7-ni parçaladığını görüb.

Sarı Əliyev - təsərrüfat sahibi: Günortaydı, qoca adamam, içəridə yatmışdım. Çıxanda baxdım ki, leş-leşin üstündədi. Canavarlarda qaçıb gedib o yanda təpədə durub bura baxırlar. Mən üstlərinə tərəf gedən kimi qaçıb qamışlığa girdilər. Ovçular gəldi nə qədər gözlədilər ki, canavarlar gələndə vursunlar, gəlmədilər. səhər gedib baxdım ki, leşin 5-ni səhərə yaxın gəlib aparıblar.